Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

10 yaşlı Nərmin 3-4 gün əvvələ qədər sağ imiş - Atasından açıqlama

Tarix: 07-01-2020 17:14     Baxış: 3510 A- / A+
10 yaşlı Nərmin 3-4 gün əvvələ qədər sağ imiş - Atasından açıqlama

Ötən il Tovuz rayonunda itkin düşmüş 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın qətlilə bağlı çoxsaylı versiyalar irəli sürülür. Sosial şəbəkə istifadəçilərinin bəziləri hadisənin ana və uşağın əmisi, digərləri əmisi oğlu tərəfindən törədildiyini iddia edir. Hətta bəziləri daha da irəli gedərək ananın öz qayını ilə münasibətlərinin olduğunu qeyd ediblər.

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a daha bir açıqlama verən Nərminin atası Şərif Quliyev çox əsəbi şəkildə iddiaları yalanlayıb:

"Bunu kim deyir?! Kim yayır bu məlumatları?! Gəlsinlər dediklərini sübut etsinlər. Bunu yayanlar elə qətli törədənlərdir ki, fikri yayındırırlar. Kim belə alçaq fikirləri irəli sürür, iddia edirsə, qabağa çıxsın”.

Ş.Quliyev qeyd edib ki, qızı Nərmin 3-4 gün əvvələ qədər yaşayırmış:

"Ekspertlər ilkin rəy verdilər ki, qətl yeni törədilib. Uşaq 46 gündür itkin düşsə də, yaşayırmış. Kimsə 3-4 gün əvvəl öldürüb, yandırıb həmin əraziyə atıb. Bunu edən də bizim aramızdadır. Hansı şəfərsiz, hansı vicdansız edibsə, mütləq ortaya çıxacaq”.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar