Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bir qrup gənc gecə klubunda girov saxlanıldı - Bakıda yeni ilin ilginc olayı

Tarix: 01-01-2020 19:49     Baxış: 4144 A- / A+
Bir qrup gənc gecə klubunda girov saxlanıldı - Bakıda yeni ilin ilginc olayı

Bir qrup gənc dünən gecə Bakıda gecə klubunda girov saxlanılıb.

Səbəb onların gözləmədiyi qədər baha hesabı ödəmək istəməməsi olub.

Manevr.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi olan Vəli Quliyev yazıb:

“Səhər saat 06:00 olardı. İş yoldaşım telefonu gətirərək “whatsapp”dakı sms- i oxumağımı istədi. Sms-də digər iş yoldaşlarım qrup halında dünən “Tarqovı” (Fəvvarələr meydanı-red.) yerləşən “Corona Klub”da girov saxlanmaları yazılmışdı.

Bunun səbəbi isə astronomik hesabın - 389 AZN gəlməsi olmuşdu. Mən iş vaxtım bitdikdən sonra iş yoldaşımla bərabər həmin yerə getdim. Elə qapıda bir nəfərlə qarşılaşdım.Özünü məkanın işlədəni kimi təqdim edən Elvin adlı şəxs bu hesabın niyə yaranmasını mənə guya izah edirdi. Saxta, heç bir VÖEN nömrəsi olmayan kağıza 245 AZN-ə 7 ədəd kokteyl istifadə edildiyi yazılmışdı. Mən bura gəlməzdən öncə 102 xidmətinə hadisəni izah edib, hadisə yerinə polis göndərilməsini xahiş etmişdim.

İş yoldaşlarım bildirirdilər ki, biz içəri keçəndən sonra qızlar masamıza yaxınlaşdı,qızlar əyləşdikdən sonra, hərəsi bir şey sifariş edirdi. Mən bunları eşidəndə məkan sahibi Elvin bəyə söylədim ki, bu qızlar haradadır?

Gəlsin, bir açıqlasın görək öz başına niyə sifariş verir?

Məkan sahibi isə min bir bəhanə ilə qızın buralarda olduğunu bildirdi.

Bu söhbətin tam ortasında qıraqdan 2 nəfər polis əməkdaşı yaxınlaşdı. Biri baş leytenant, digəri isə serjant olan polislərə eyni hadisəni danışdım. Sağ olsunlar, onlar məkan sahibinə təzyiq etdilər ki, bu nə biabırçı hesabdır?

Amma sonra mənə dedilər ki, iş yoldaşlarınız niyə belə yerlərə gəlirlər? Bilmirlər ki, belə yerlər çox təhlükəlidir? İş yoldaşarıma hər hansı bir şikayətləri olduğu təqdirdə ərazi üzrə Səbail 9-cu Polis Bölməsinə yaxınlaşıb ərizə yazmağı təklif etdilər. Dostlarım isə razılaşmadılar.

Sonda həmin məkan sahibinə 100 AZN ödəyərək həmin yeri tərk elədik”.cebhe.info

Manevr.az
Bir qrup gənc gecə klubunda girov saxlanıldı - Bakıda yeni ilin ilginc olayı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar