Xəbər lenti
Lukaşenko Azərbaycan vətəndaşına məktub göndərdi - ŞƏKİLLƏR

Belarus prezidenti Aleksandr Lukaşenko Böyük Vətən müharibəsi veteranı, Belarusun müdafiyəsi uğrunda döyüşən 95 yaşlı Tovuz sakini Rüstəm Eyvazova şəxsən təşəkkür məktubu ünvanlayıb və onu medalla təltif edib.
Manevr.az baku.ws-ə istinadla xəbər verir ki, onun medalı rayonun ucqar dağ kəndi olan Çataq kəndində özünə təqdim edilib.
R. Eyvazov Taqanrok diviziyasının tərkibində Ukrayna və Belarusiya uğrunda gedən döyüşlərdə şücaət göstərib.
95 yaşlı veteran onu qələbənin il dönümündə unutmayan Belarusiya prezidenti Aleksandr Lukaşenkoya təşəkkür məktubu da yazıb.
Qələbənin il dönümündə keçiriləcək parad üçün iştirak etmək istəyini də məktubuna əlavə edib.
Qeyd edək ki, Rüstəm Eyvazov Taqanroq atıcı diviziyasının tərkibində Ukrayna və Belarus uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərib.
Onun faşistlərə vurduğu sarsıdıcı zərbə şəhər uğrunda gedən döyüşlərdə əsaslı dönüş yaradıb.
Ayağından aldığı ağır xəsarətə baxmayaraq, yenidən döyüşlərə qatılıb.
Minik avtomobili ilə təmin edilən 95 yaşlı veteran Azərbaycan dövləti tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğunu bildirib, bunun üçün Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar