Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Vətəndaşlar şikayət etdi, polis gəldi, saxlananlar jurnalist çıxdı - Rəsmi açıqlama

Tarix: 31-12-2019 13:53     Baxış: 3266 A- / A+
Vətəndaşlar şikayət etdi, polis gəldi, saxlananlar jurnalist çıxdı - Rəsmi açıqlama

Sosial şəbəkələrdə Nərimanov rayonu ərazisində jurnalistlərin saxlanması ilə bağlı iddialar yer alıb.

Manevr.az xəbər verir ki bu iddiaların gerçək olub-olmadığını öyrənmək istəyilə musavat.com DİN-ə sualla müraciət edib. Sorğuya cavab verən Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov rəsmi olaraq bunları açıqladı:

"Dekabrın 31-i gecə saat 02.10-da Nərimanov rayonu ərazisindəki parkda yerləşən kafelərdən birinin sahibi DİN-in 102 zəng mərkəzinə müraciət edərək bildirib ki, özlərini jurnalist kimi təqdim edən 4 nəfər insanların narahatlığına səbəb olan hərəkətlər edirlər. O, bununla əlaqədar polislərin tədbir görməsini xahiş edib. Ərazidə xidmətdə olan Post-Patrul Xidmətinin əməkdaşları qeyd olunan ünvana gələrək həmin şəxsləri 18-ci Polis Şöbəsinə gətiriblər. Şəxsiyyətləri müəyyən edilərkən onlardan ikisinin - Rəfael Hüseynzadənin və Əvəz Şıxməmmədovun jurnalist, digər iki nəfərin - Elvin Cabbarovun və Əfsan Məmmədovun isə onların tanışları olduğu bilinib. Polis Şöbəsində cəmi 30 dəqiqə ərzində profilaktiki və izahedici söhbət aparıldıqdan, onlar da öz səhvlərini başa düşdükdən və bir də belə hərəkətlərə yol verməyəcəklərinə söz verdikdən sonra sərbəst buraxılıblar".

P.S. Əldə etdiyimiz əlavə məlumata görə Rəfael Hüseynzadə "Meydan"TV-nin, Əvəz Şıxməmmədov isə "Respublika Xəbərləri"saytının əməkdaşlarıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar