Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə İŞİD-lə bağlı 124 nəfər həbs edildi

Tarix: 31-12-2019 06:51     Baxış: 3132 A- / A+
Türkiyədə İŞİD-lə bağlı 124 nəfər həbs edildi

Dövlət xəbər agentliyinin bildirdiyinə görə, Yeni İl şənliklərinin keçirildiyi bir vaxt Türkiyə polisi İslam Dövləti ilə əlaqəsi olmaqda şübhəli bilinən azı 124 nəfəri həbs edib.

Anadolu xəbər agentliyi Anti-Terror Polisi və Milli Kəşfiyyat Agentliyinin Ankarada keçirdiyi birgə əməliyyatı zamanı 33 xarici vətəndaşın həbs edildiyini bildirib.

Digər məlumatdda bildirilib ki, polisin eyni vaxt səhər tezdən Türkiyənin cənubundakı Batman şəhərində keçirdiyi reydlər zamanı 22 şübhəli həbs edilib. Reydlərin eləcə də Adana, Kayseri, Samsun və Bursa şəhərlərində də keçirildiyi və 6 nəfər xarici vətəndaşın tutulduğu deyilib.

Anadolu xəbər agentliyi Ankarada İslam Dövləti qrupunun üzvləri olmaqda şübhələnərək, həbs edilənlərin İraq. Suriya və Mərakeşdən olduqlarını, polisin hələ də 17 nəfər şübhəlini axtardığını bildirib.

2015-16-cı illərdə Türkiyədə 300-dən çox insanın həyatına son qoyan hücumlarda İslam Dövləti qrupunun üzvləri və kürd militantları günahlandırılır.

İslam Dövləti qrupu həmçinin 2017-ci ildə ilk Yeni İl şənlikləri zamanı 39 nəfərin ölümü ilə nəticələnən İstanbulun gecə klubuna edilən hücumun məsuliyyətini öz üzərinə götürüb.

Bu arada Türkiyə 2019-cu ildə İslam Dövləti və digər islamçı qrupların üzvləri olmaqla, ümumilikdə 778 cihadçını vətəninə qaytarıb. Bu barədə bazar günü polis naziri Süleyman Soylu bildirib. amerikaninsesi.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar