Sizin Reklam Burada
Xəbər lenti
09-11-2026
08-11-2026
BÜTÜN XƏBƏRLƏR

SALYANDA DƏHŞƏT! 58 yaşlı kişinin qolu qopdu

Tarix: 22-12-2016 13:49     Baxış: 4794 A- / A+
SALYANDA DƏHŞƏT!


Salyan rayonunun Xələc kəndində yerləşən un dəyirmanını işə salmaq üçün təmir edən usta, 1958-ci ildə anadan olmuş, Salyan şəhəri, 20 Yanvar küçəsi ev 200-də yaşayan Əmrahov Siyasət Nəcəfqulu oğlunun bir qolu ehtiyatsızlıqdan üzülüb.

Manevr.az xəbər verir ki, virtualaz.org saytının məlumatına görə, gecə saat 3-4 radələrində dəyirmanı işlək hala gətirmək üçün yağlayan ustanın sol qolu qəfildən işlək mexanizmin oxuna ilişib. Hadisə nəticəsində Siyasət Əmrahovun sol qolunun bir hissəsi sümükdən qoparaq dəzgahda qalıb.

Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan ustaya sol-yuxarı ətrafın saidinin üçdə bir hissəsinin travmatik amputasiyası diaqnozu qoyularaq əməliyyat olunub. Hazırda xəstə reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin bildirdiyinə görə, xəstənin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar