Xəbər lenti
Qəzaya uğrayan təyyarənin pilotlarının yalvarış səsləri yayıldı: "Allahım, ruhumu qəbul elə!"

Bildirilir ki, faciə cari ilin əvvəlində baş verib. Həmin vaxt "Boeing 767" təyyarəsi qəzaya uğrayan zaman pilot Şon Arçuleta, kapitan Riki Bleykli və birinci zabit Konrad Jül Askavas həlak olmuşdu.
Belə məlum olur ki, Mayamidən çıxan "Amazon"a aid təyyarədə hər şey son anda pisləşib.
Stenoqramda pilotlardan birinin sürət itirdiklərini dediyi eşidilir.
"Hanı mənim sürətim?", - deyə o yüksək səslə soruşur.
"Biz dayanmışıq", - deyə o biri pilot da yüksək səslə cavab verir.
Cümlələrin hansının hansı pilota aid olduğunu müəyyənləşdirmək mümkün olmayıb.
Bir neçə dəqiqədən sonra pilotlardan birinin dua etdiyi eşidilir:
"Allahım, rəhm elə. Allahım rəhm elə", - deyə pilotun yalvarış səsi gəlir.
Faciəyə anlar qalmış kimsə soruşur: "Nə baş verir?"
Bir anda "Yüksəl!", - deyə insanların vahiməli qışqırtıları eşidilir.
Sonra isə yəqin ki, yaşama şansının olmadığını anlayan pilotlar şəhadət gətirirlər: "Allahım. Allahım, ruhumu qəbul elə!.."
Qəzanın səbəbləri hələ tam müəyyən olunmasa da, bunun pilot səhvi ola biləcəyi düşünülür. sonxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar