Xəbər lenti
Azərbaycanda 61 yaşlı kişi 4 nəfəri qisas məqsədilə güllələdi - TƏFƏRRÜAT

Balakən rayonunda 4 nəfərin yaralanması ilə nəticələnən silahlı insidentlə bağlı cinayət işi başlanılıb.
Manevr.az report-a istinadən xəbər verir ki, hadisə dekabrın 18-də saat 19 radələrində, rayonun Yeni Şərif kəndində baş verib.
Belə ki, 1958-ci il təvəllüdlü Bağırov Məhəmməd Əhməd oğlu ailə münaqişəsi zəminində oğlu, 1985-ci il təvəllüdlü Bağmanov Əhmədov Məhəmməd oğlundan qisas almaq məqsədi ilə yaşadığı evdən ov tüfəngini götürüb, içərisinə 1 ədəd qırmalı patron yerləşdirərək bir dəfə atəş açıb.
Nəticədə Ə.Bağmanov sağ üz nahiyyəsindən güllə yarası alıb. Bundan başqa, hadisə zamanı Ə.Bağmanovla birgə masa ətrafında əyləşən bacısı, 1980-ci il təvəllüdlü Anarəcəbova Məryəm Məhəmməd qızı, anası, 1968-ci il təvəllüdlü Bicilova Havva Abbas qızı və qızı 2018-ci il təvəllüdlü Bağmanova Xədicət Əhmədov qızı yaralanıb. Yaralılar Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə baxış keçirilib və faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, zəruri ekspertizalar təyin edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar