Sizin Reklam Burada
Xəbər lenti
15-02-2025
14-02-2025
13-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənilərdən Azərbaycana “qlobus təxribatı”

Tarix: 17-12-2019 20:21     Baxış: 2285 A- / A+
Ermənilərdən Azərbaycana “qlobus təxribatı”

Erməni fəallarından biri sosial şəbəkə hesabında qlobus şəkli paylaşaraq Azərbaycanda Çindən gətirilən qlobuslardan istifadə olunduğunu bildirib. Guya ki, həmin qlobuslarda Naxçıvan Muxtar Respublikasının və Qarabağın Ermənistana məxsus ərazi olduğu göstərilir.

Maraqlıdır, doğurdanmı Azərbaycanın orta məktəblərində erməni tərəfinin iddia etdiyi qlobuslardan istifadə edilir?

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov irəli sürülən fikrin tamamilə yalan olduğunu bildirib:

“Düşünürəm ki, bu, ermənilərin Azərbaycana yönələn növbəti təxribatlarındandır. Ermənilər həmişə yalan danışmağı bacarır, neyləmək olar?! Qarabağ ərazisi mübahisəli məsələ olaraq qalır. Ermənilər həm işğalçıdır, həm də mövcud problemi həll etmək istəməyib onu uzadandır. Onlar həmişə bizi danışdırmaq, səs-küy yaratmaq üçün bu tip məsələləri ortaya atır. Mən indiyədək belə hala rast gəlməmişəm, belə bir problem yaşansaydı, sözsüz ki, məlumatım olardı. Bu sahədə nazirliyin araşdırma aparması belə düzgün deyil. Ən azından onu düşünmək lazımdır ki, müəllim də nazirlikdən maaş alır. Belə halla rastlaşsa, niyə aidiyyəti quruma xəbərdarlıq etməsin ki?!”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar

MyCounter - счётчик и статистика