Xəbər lenti
Azərbaycanlı akademikin İngiltərədən aldığı fəxri adlar saxta çıxdı
Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik, "buraxılmış" deputat Yaqub Mahmudovun İngiltərədən aldığı fəxri adlar saxta çıxdı.
Manevr.az bizimyol.info-ya istinadən xəbər verir ki, bu barədə Britaniyada nəşr olunan nüfuzlu media orqanlarında məqalələr dərc olunub. Məlum olub ki, İngiltərədə fəxri elmi adlar almaq üçün Yaqub Mahmudov Ukraynalı biznesmenlərə vasitəçilik üçün 3000 pound və 9 min 300 pound ödəyib.
"Buraxılmış" deputat Yaqub Mahmudovun 2007-ci ildə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla birlikdə "Naxçıvan tarixi" yazdığı və bu "fundamental", "elmi" əsərin 150 min manata başa gəldiyi haqda sosial şəbəkələrdə məlumatlar dolaşır.
Akademik Yaqub Mahmudovun aldığı bütün təltif və mükafatları təqdim edirik:
“Yusif Məmmədəliyev”, “Rəsul Rza”, “Qızıl qılınc”, “Qızıl qələm”, “Samir Əsgərxanov”, “Humay”, “Gənclərin dostu” mükafatları laureatı; Azərbaycan Respublikasının Əməkdar Elm xadimi; "Şöhrət" ordeni; "Şərəf" ordeni; Azərbaycan Respublikası Dövlət Mükafatı; “Ən yaxşı baş menecer" fəxri adı; The Name in Science” (azərb. "Elmdə ad") fəxri titulu; “Kraliça Viktoriya” beynəlxalq mükafatı; “Ataman Anton Qolovatıy” ordeni; "1-ci dərəcəli “Əmək" ordeni; "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı; "General Səməd Bəy Mehmandarov" yubiley medalı; “Simurq” beynəlxalq medalı.
"Özünü buraxmış" YAP-çı deputatlardan olan Yaqub Mahmudovun Prezident Administrasiyasının keçmiş rəhbəri, hazırda MEA-nın prezidenti olan Ramiz Mehdiyevə yaxın olduğu iddia edilir.
Xarici mənbələri aşağıda təqdim edirik:
Ukrainian businessmen trade on reputation of Oxford University to make millions selling 'fake' honours and awards
Oxford university in fake awards farce
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar