Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı bəstəkar Ukraynada qəzaya düşdü - ŞƏKİL

Tarix: 15-12-2019 17:26     Baxış: 3199 A- / A+
Azərbaycanlı bəstəkar Ukraynada qəzaya düşdü - ŞƏKİL

Azərbaycanlı bəstəkar və musiqi prodüseri İsa Məlikov Ukraynada avtomobil qəzasına düşüb.

Manevr.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, hadisə dekabrın 11-də Kiyev-Odessa yolunun Krasnopilka kəndi ərazisinin yaxınlığında baş verib.

Belə ki, İsa Məlikov və onun yol yoldaşı, “Studiya Kvartal 95” layihəsinin müəllifi Aleksandr Şurun əyləşdikləri mikroavtobus qarşıdan gələn yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarına aşıb.

Hadisə nəticəsində xəsarət alanların hamısı hadisə şahidləri tərəfindən şəxsi avtomobillərdə Uman Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda onlar müalicələrini Kiyevdə davam etdirilər.

İnsident barədə sosial şəbəkə hesabında yazan İ. Məlikov bunları qeyd edib:

“Bu, çox qorxuludur. Çox. Və ümumiyyətlə, bu hadisədən sonra mən həyata başqa cür baxacağam. Həyat çox zərif və qeyri-stabil şeydir. Özünüzü və doğmalarınızı qoruyun. Çox xahiş edirəm...”.

“Dostlar, təhlükəsizlik kəmərinizi bağlayın! Həmişə, istisnasız. Hətta 50 metr getməli olsanız belə”, - Məlikov əlavə edib.

Qeyd edək ki, İ. Məlikov bir çox musiqili layihələrin ideya müəllifi, bir çox xitlərin, kinofilmlərə bəstələnmiş musiqilərin müəllifidir. Onun mahnılarını Azərbaycan estradasının ən parlaq ulduzları - Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Elnarə Xəlilova, Sevda Ələkbərzadə və başqaları ifa edirlər.


Manevr.az

Azərbaycanlı bəstəkar Ukraynada qəzaya düşdü - ŞƏKİL
Azərbaycanlı bəstəkar Ukraynada qəzaya düşdü - ŞƏKİL
Azərbaycanlı bəstəkar Ukraynada qəzaya düşdü - ŞƏKİL
Azərbaycanlı bəstəkar Ukraynada qəzaya düşdü - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar