Sizin Reklam Burada
Xəbər lenti
29-01-2025
28-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı alim Oksfordun fəxri professoru oldu - Şəkil

Tarix: 13-12-2019 16:26     Baxış: 3231 A- / A+
Azərbaycanlı alim Oksfordun fəxri professoru oldu - Şəkil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov müasir cəmiyyətdəki peşə nailiyyətlərinə görə Böyük Britaniyanın Oksford Akademik Birliyinin fəxri professoru adına (“Honorary Professor of the Academic Union, Oxford, UK”) layiq görülüb.

Manevr.az xəbər verir ki, Tarix İnstitutundan kult.az-a verilən məlumata görə, elmi şuranın iclasında AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova fəxri professor diplomu və mantiyasını Yaqub Mahmudova təqdim edib.

Tarixçi alimin bu fəxri ada layiq görülməsi Fransanın Kann şəhərində keçirilən “Keyfiyyət və idarəetmədə mükəmməllik” adlı forum və Avropa mükafatları gecəsində açıqlanıb.

Bu fəxri ad müasir cəmiyyətin sosial və intellektual tərəqqisinə töhfə verən insanlara hörmət və minnətdarlıq simvolu olaraq verilir.

Xatırladaq ki, bundan əvvəl Yaqub Mahmudov Böyük Britaniyada fəaliyyət göstərən Beynəlxalq Sokrat Komitəsi tərəfindən “Elmdə ad” fəxri tituluna, “Ən yaxşı baş menecer” fəxri adına və “Kraliça Viktoriya” beynəlxalq mükafatına layiq görülüb. O, dünya elminin inkişafına verdiyi töhfəyə görə XXI əsrin ən görkəmli elm adamlarının siyahısına daxil edilib.

Tarix İnstitutu isə Beynəlxalq Sokrat Komitəsi tərəfindən “2012-ci ilin ən yaxşı müəssisəsi” (“Best Enterprises - 2012”) diplomu ilə təltif olunub.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar