Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı bəyin çılğınlığı dünya mediasında - Video

Tarix: 12-12-2019 22:13     Baxış: 2382 A- / A+
Azərbaycanlı bəyin çılğınlığı dünya mediasında - Video

Bir neçə gündür ki, sosial şəbəkələrdə yayaılan öz toyunda qəzəblənib şampan şüşəsini yerə çırpan, qeyri-adekvat hərəkətlər edən azərbaycanlı bəyin videogörüntüləri dünyanın məşhur media qurumlarında işıqlandırılıb.

Sosial şəbəkələrdə yazılanlara əsasən bu hadisə Gürcüstanın Marneuli bölgəsində baş verib.

“Youtube”da yayılmış kadrlardan da görünür ki, bəy əvvəlcə çox əsəbi halda tortu kəsir, bıçağı yerə atır, sonra isə şampan şüşəsini açır, qonaqların üstünə tutur və hirslə yerə vurur. Yerə dəyən şüşə yaxınlıqda oynayan azyaşlılardan birinin ayağına dəyir. Ardınca toy tortunun yerləşdiyi masanı təpikləməyə başlayan bəyi yaxınları sakitləşdirmyə çalışırlar. Videogörüntülərə gələn şərhlərdən aydın olur ki, bəyin yerə çırpdığı şüşə azyaşlının baldır sümüyünə batıb.

Görüntülərə şərh yazan şəxslər bəyin dəlilik həddinə çatmasını fotoqrafın hərəkətləri ilə əlaqələndiriblər. Onların sözlərinə görə, bir neçə gün əvvəl Rusiyadan qayıtmış bəy fotoqrafın da evləndiyi qızı sevdiyini toy günü öyrənibmiş. Ehtimal olunur ki, bəy fotosessiya edən fotoqrafın gəlinə çox diqqət göstərməsinə əsəbiləşib.

Hadisədən pərt olan gəlinin oğlandan ayrılmaq qərarına gəldiyi, lakin onların arasında barışıq yarandığı bildirilir.

Videogörüntülərə gələn şərhlərdə əksəriyyət gəlini “bədbəxt” adlandıraraq vaxtında bəydən ayrılmalı olduğunu yazıblar. Lakin bəyin hərəkətlərinə haqq qazandıraraq “yaxşı eləyib” deyənlər də tapılıb.

Qeyd edək ki, Marneulidə baş verən bu görüntülər Türkiyə və digər xarici ölkələrin mətbuatında manşet olub. İngiltərənin məşhur “Daily Mail” nəşri də öz toyunda qəzəblənib şampan şüşəsini yerə çırpan bəydən yazıb.teleqraf

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar