Xəbər lenti
Piyadanın ölümünə səbəb olan bankirin məhkəməsi başlayır

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Ramal Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Manevr.az apa -nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.
Qeyd edək ki, hadisə sentyabrın 17-i axşam saatlarında Nəsimi rayonu, Vaqif prospektində qeydə alınıb. Şəhər sakini, Ramal Məmmədov idarə etdiyi "Volkswagen Passat" markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən -1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vuraraq öldürüb.
Hadisəni törədən R. Məmmədov Kapital Bankda çalışıb, mərhum G. Əmiraslanlı isə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “ASAN Viza”da işləyib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar