Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Göyçayda avtomobil ağaca çırpıldı - Ölən və yaralanan var - VİDEO

Tarix: 28-11-2019 18:56     Baxış: 4199 A- / A+
Göyçayda avtomobil ağaca çırpıldı - Ölən və yaralanan var

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisəgecə saatlarında Göyçay-Ucar avtomobil yolunun 2-ci kilometrliyində, Cəyirli kəndi ərazisində qeydə alınıb.

Ucar istiqamətində hərəkət edən rayonun Ləkçıplaq kənd sakini Ruslan Rüstəmovun idarə etdiyi minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü və onun sərnişini Elxan Şamilov ağır xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq sürücü dünyasını dəyişib.

Tovuz rayonunda da ağır avtomobil qəzası baş verib. Əlimərdanlı kəndində minik avtomobilinin maneəyə çırpılması nəticəsində 1 nəfər - Əhliman Alıyev ölüb. Hadisə zamanı daha 1 nəfərRauf Muradov ağır yaralanıb.

Lənkəranda isə avtomobil piyadanı vurub. Lənkəran-Boradigah yolunda hərəkətdə olan Fuad Bədəlovavtomobili ilə yolu keçmək istəyən 14 yaşlı kənd sakini Yunis Quliyevi vurub. Xəstəxanaya aparılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq aldığı xəsarətlər ciddi olduğundan Yunis Quliyevdünyasını dəyişib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar