Xəbər lenti
Yağış Şeyxin evinə yağır: Yaşaya bilmirik
Xalq artisti Şeyx Əbdül Mahmudbəyov hazırda yağan yağışın mənzilini (Nəsimi rayonu M.Əliyev-170, mənzil 7) "gölməçəyə çevirdiyini" bildirib.
Manevr.az-ın xəbərinə görə bu barədə kult.az-a danışan xalq artisti qeyd edib ki, Bakı şəhərinin sabiq icra başçısı Hacıbala Abutalıbovun dövründə bu ərazidə yeraltı qaraj tikiləndə bina zərər görüb:
“O vaxt Hacıbala Abutalıbov yeraltı qaraj tikdirəndə bizim evimiz zərər görmüşdü, binamızda çatlar yaranmışdı. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, heç bir tədbir görülmədi: mənzilimizi nə təmir etdirdi, nə də bizi köçürtdü. İldən-ilə mənzildə yaşamaq daha dözülməz olur. Bugünkü yağış isə sanki evimizə yağır. Evin içinə ləyənləri düzmüşük ki, yer su olmasın. Artıq evdə oturmaq mümkün deyil. Faciəvi vəziyyətdəyik, yaşaya bilmirik”.
Şeyx Əbdül bildirib ki, üçotaqlı evdə 3 ailə yaşayır və bu da vəziyyəti daha da ağırlaşdırır.
Xalq artisti aidiyyəti qurumlara dəfələrlə müraciət etdiyini, amma heç bir xeyri olmadığını deyib və yeganə ümidinin ölkə rəhbərliyi olduğunu bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
İdman
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar