Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda zəhərlənən tələbə qızların ağzından niyə qan gəlib?

Tarix: 23-11-2019 09:02     Baxış: 4275 A- / A+
Bakıda zəhərlənən tələbə qızların ağzından niyə qan gəlib?


Dünəndən Bakı Dövlət Universitetində təhsil alan tələbə qızların zəhərlənməsi və onlardan birinin ölməsi barədə yayılan xəbərlərdə çoxlarının diqqətini çəkməyən bir məqam var.

Verilən rəsmi xəbərlərdə zəhərlənən qızların ağzından qan gəldiyi bildirilib. Zəhərlənən insanın ağzından dərhal qan gəlmir. Bəs niyə bu məsələdə həmin məqama diqqət yetirilməyib?

Kliniki Tibbi Mərkəzin Baş toksikoloqu Azər Maksudov bizimyol.info-ya bildirib ki, zəhərlənmə hallarında ağızdan o zaman qan gələ bilər ki, daxilə kimyəvi maddə qəbul edilsin:

"O tələbələr məgər sirkə içiblər? Yox, kimdir bu məlumatı bu şəkildə yayan? Yanlış məlumat verilir. Zəhərlənmə halında ağızdan qan gəlmir. Ya hər hansı travma alıblar, ya da kimyəvi maddə qəbul ediblərsə, bu baş verə bilərdi. Botulizm deyil. Bu olsa belə, o da dərhal qanaxmaya səbəb olmur. Qazdan, tüstüdən və s. boğulmadan ölüm hallarında da qanamaya rast gəlinmir. Məncə, ətraflı araşdırma aparılmalıdır".

Xatırladaq ki, Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Nəticədə 3 tələbə zəhərlənib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar