Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda DƏHŞƏT: bir ailədən 4 nəfər öldü - ADLAR (YENİLƏNDİ)

Tarix: 18-11-2019 12:20     Baxış: 3203 A- / A+
Bakıda DƏHŞƏT: bir ailədən 4 nəfər öldü - ADLAR (YENİLƏNDİ)


Dünən günorta saatlarında Bakı şəhər Xəzər rayonu ərazisində baş vermiş dəhşətli yol qəzasında ölənlərin sayı 4-ə çatıb.

Mərdəkan körpüsü istiqamətində gedən yolun Qala qəsəbəsi istiqamətindən keçən hissəsində "VAZ-2105" ilə BMW-nin toqquşması nəticəsində "VAZ-2105"in sürücüsü, 1967-ci il təvəllüdlü Hidayət Hümbətov, sürücünün qardaşı, 1958-ci il təvəllüdlü Ağasəf Hümbətov, sürücünün qızı, 1989-cu il təvəllüdlü Rəvanə Hümbətova və onun oğlu 2011-ci il təvəllüdlü Rəvan Hümbətov aldıqları xəsarətdən hadisə yerində ölüblər.
Həmin avtomobildə olan digər sərnişinlər - 1971-ci il təvəllüdlü Reyhan Sədullayeva və 2014-cü il təvəllüdlü Əli Hümbətov müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Həmçinin BMW-nin sürücüsü Vüqar Dadaşov da xəsarət alıb. (APA)

***

17 noyabr

Paytaxtın Xəzər rayonunda ağır yol qəzası qeydə alınıb.


Manevr.az baku.ws-ə istinadən xəbər verir ki, aeroport yolunda bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Hadisə şahidlərinin sözləri görə, Bakı-Mərdəkan yolunda 44 BL 089 dövlət nömrə nişanlı "VAZ 2107"nin sürücüsü yüksək sürətlə hərəkət edib.

İdarəetməni itirən sürücü başqa bir avtomobilə çırpılıb. Qəza zamanı bir neçə maşın da əzilib.

Bakıda ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumatda bildirilir ki, qəza zamanı 2 nəfər hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində xəsarət alan digər 2 nəfər - 45 yaşlı qadın və 6 yaşlı uşaq kritik vəziyyətdə 3 saylı Kliniki Şəhər Xəstəxanasına aparılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar