Xəbər lenti
Oqtay Gülalıyevin ailəsi qərar verdi - OĞLU AÇIQLADI

Avtomobil qəzasından sonra müalicə üçün Türkiyəyə aparılan hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumu ağırdır.
Manevr.az xəbər verir ki, bu barədə məlumatı cebhe.info-ya Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev verib. Atasının son durumundan danışan oğlu deyib ki, ailə hüquq müdafiəçisini müalicəsini davam etdirməsi üçün Amerika, Avropa və ya İsrailə aparmağa qərar verib: “Atam heç yaxşı deyil. Hələ koma vəziyyətindədir. Onun sağalması üçün mütləq Avropa ölkələrindən birinə, Amerikaya və ya İsrailə aparılması lazımdır. Çarəsiz halda gözləyirik”.
Qeyd edək ki, Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və Avrasiya Xəstəxanasına yerləşdirilib. Hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurması nəticəsində ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Oktyabrın 30-da beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub. Həkimlərin proqnozlarına görə, nəticə müsbət olsa, bir neçə həftə sonra hüquq müdafiəçisi komadan çıxa bilər və bundan sonra aylarla reabilitasiya kursu keçməlidir. Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar