Xəbər lenti
Bədbəxt hadisə: 2 yaşlı uşaq TƏNDİRDƏ YANDI
"Təndiri düz yerdə və köhnə tipli olduğu üçün görməyib, yıxılıb"
Türkiyənin Iğdır şəhərində bədbəxt hadisə baş verib.
Manevr.az aznews.az-a istinadən xəbər verir ki, şəhərin Qaraquyu kəndində yaşayan Çakmaz ailəsinin kiçik qızı oyun oynayarkən anasının çörək bişirmək üçün yandırdığı təndirə düşüb.
Ana qızının çığırtılarını eşidən kimi özünü çatdırıb və onu təndirdən çıxararaq soyuq suyun altına tutub.
Hadisə yerinə çağırılan təcili yardım vasitəsilə Iğdır dövlət xəstəxanasına aparılan2 yaşlı Fatma oradan Ərzurum Təlim və Araşdırma xəstəxanasına göndərilib.
Müayinə zamanı Fatmanın sinə, bud və ayaq bölgələrində 2-ci və 3-cü dərəcəli yanıqlar olduğu müəyyən edilib.
5 gündür Yanıq Mərkəzinin Reanimasiya şöbəsində müalicə alan uşağın ayaq barmaqlarını itirmək ehtimalı var.
İnşaatda fəhlə kimi işləyən və hazırda işsiz olan ata maddi vəziyyətlərinin yaxşı olmadığını bildirib:
"Fatmanın anası çörək bişirmək üçün içəridən xəmiri gətirməyə gedib. Uşaq da təndiri düz yerdə və köhnə tipli olduğu üçün görməyib, yıxılıb. İndi ayağında və budunda dərin yanıqlar var. Bura gətirəndə həkimlər əməliyyat etdi. Yavaş-yavaş sağalcaq, sadəcə bir az səbrli olmalıyıq.
Uşağın yaxşı qidalanmağını istədilər. İndi həkimlər barmaq uclarında hər hansı problem ola biləcəyini deyir. Dövlətimiz, həkimlərimiz həmişə yanımızdadır. Maddi vəziyyətimiz bir az pisdir. İnşaatlarda fəhləlik edirəm".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
İdman
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar