Sizin Reklam Burada
Xəbər lenti
28-01-2025
27-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bir evdə ölü tapılan 4 bacı-qardaşla bağlı QANDONDURAN FAKTLAR polisləri belə ŞOKA SALDI

Tarix: 07-11-2019 12:24     Baxış: 3368 A- / A+
Bir evdə ölü tapılan 4 bacı-qardaşla bağlı QANDONDURAN FAKTLAR polisləri belə ŞOKA SALDI


İstanbulun Fatih rayonunda bir evdə ölü halda tapılan Cüneyt (48 yaş), Oya (54 yaş), Yaşar (56 yaş) və Kamuran Yetişkin (60 yaş) adlı 4 bacı-qardaş haqqında maraqlı faktlar ortaya çıxıb.

Qanlarında siyanür adlı kimyəvi maddə tapılan bacı-qardaşlardan ən son Oya Yetişkinin öldüyü aparılan araşdırma zamanı məlum olub.

Bu səbəbdən onun əvvəlcə meyvə suyuna siyanür qarışdıraraq bacı-qardaşına verdiyi, daha sonra özünün içdiyi iddia edilir. Qapıdan “Diqqət. Siyanür var. Polisə zəng edin. İçəri girməyin” xəbərdarlığını da onun yazdığı düşünülür.

Üsküdar Universiteti Narkomaniya və Ekspertiza Elmləri İnstitutunun Ədliyyə Toksikologiyasının sədri Sultan Mehtap Büyüker siyanürün dərhal insanı öldürə biləcək gücə malik olduğunu deyib: “Xüsusilə, yüksək dozadadırsa, dərhal öldürə bilər. Nəfəs yolları və ya ağızdan qəbul edilibsə, dərhal ölüm baş verə bilər. Qəbul edilən miqdara və bədənin metabolizmasına görə bacı-qardaşların ölümü arasında dəqiqə fərqi var. Bədənin temperaturundan ölüm saatını müəyyən etmək mümkündür”.

Bacı-qardaşların ölümünə səbəb olaraq ana-atalarından qalmış külli miqdarda borcu ödəyə bilmədikləri və bu səbəbdən uzun müddətdir ki, sıxıntı yaşadıqları göstərilir. (publika.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar