Xəbər lenti
Göyçaydakı qəzada yaralananların SON VƏZİYYƏTİ

Səhiyyə Nazirliyi Göyçay rayonunda "QAZel" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların durumu barədə məlumat yayıb.
Manevr.az bildirilib ki, qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 kişi Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
"Onlardan 3-nə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. 4-cü şəxs isə çanaq, burun və əlin sınıqları diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər", - nazirlikdən bildirilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































