Xəbər lenti
Rüşvətdə təqsirləndirilən bağça müdirəsinin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almada təqsirləndirilən Şəfiqə Musazadənin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Manevr.az trend-ə istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmənin baxış iclası noyabrın 1-nə təyin edilib.
İttihama görə, uzun illər Sumqayıt şəhərində müxtəlif məktəblərdə ibtidai sinif müəlliməsi işləyən təqsirləndirilən şəxs daha sonra bir neçə dövlət bağçasının direktoru olub.
2018-ci ildə isə Ş.Musazadə özəl bağça açaraq bir neçə nəfərdən bağçaya işə düzəltmək adı ilə 1500-3000 manat arası pul alıb. Həmin şəxsləri bağçaya müəllimə, xadimə, mühafizəçi kimi işə götürüb.
Lakin bağça aylarla fəaliyyət göstərsə də, cəmi 9 uşaq olub. Bağçaya uşaq cəlb edə bilməyən Ş.Musazadə işə götürdüyü şəxslərin aylıq məvaciblərini verə bilməyib.
Zərərçəkmişlər Yeganə Mahmudova, İlahə Abdullayeva, Vasif Cəfərov, Ülviyyə Qazıyeva və Gülümnaz Şirəliyeva ondan hüquq-mühafizə orqanlarına şikayət ediblər.
Şəfiqə Musazadəyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar