Xəbər lenti
Neftçilərdən birinin meyiti sahilə gətirildi
58 yaşlı İlham Qafarov ailəli idi, onun 3 övladı var
Xəzərdə baş verən qəzada həlak olan neftçi İlham Qafarovun meyiti bu dəqiqələrdə Qaradağ rayonundakı sahil limanına gətirilib.
Bu barədə mərhumun qardaşı Davud Qafarov məlumat verib. Meyit sahilə “Qaradağ-8” gəmisi ilə gətirilib.
Qeyd edək ki, mərhumun qardaşı Davud Qafarov hadisə baş verən an N. Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus başqa buruqda çalışırmış.
İ.Qafarovun meyiti bir qədər sonra ailə üzvlərinə təhvil veriləcək.
1958 il təvəllüdlü İlham Qafarov ailəli idi, onun 3 övladı var.
Qeyd edək ki, bu gün səhər saatlarında SOCAR-ın “Azneft” İstehsalat Birliyinin N. Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində 10 nəfər dənizdə itkin düşüb. İtkin düşənlərdən İlham Qafarovun meyiti dənizdə tapılaraq, sudan çıxarılıb.Lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar