Xəbər lenti
Azərbaycanda deputatın istirahət mərkəzində ölüm

Lənkəran rayonunda ölüm hadisəsi baş verib.
Manevr.az xəbər verir ki, hadisə “Palıdlı Sahil” istirahət mərkəzində qeydə alınıb.
Qubadlı rayonunda doğulan, Sumqayıt şəhərində yaşayan 1961-ci il təvvəlüdlü Ağayev Elbrus Əsgər oğlunun oktyabrın 25-də səhər saat 9-da vanna otağından meyiti tapılıb.
Meyitin müayinəsi zamanı onun bədənində hər hansı xəsarət izi aşkarlanmayıb. Meyit daxili müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin “MTE və PA ETT” Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təqdim olunub.
İlkin araşdırma zamanı məlum olub ki, E.Ağayev istirahət mərkəzinin birinci mərtəbəsində yerləşən vanna otağında yod-brom vannası qəbul edərkən qəfilətən vəziyyəti pisləşib və orada ölüb.
Faktla bağlı araşdırma davam edir.
Qeyd edək ki, arqument.az saytı “Palıdlı Sahil” istirahət mərkəzinin Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbliyə aid olduğunu yazıb.oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar