Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bu dəfə əksinə oldu: şikarı ovçunu öldürdü - ABŞ-da

Tarix: 26-10-2019 12:05     Baxış: 4176 A- / A+
Bu dəfə əksinə oldu: şikarı ovçunu öldürdü - ABŞ-da



ABŞ-ın Arkanzas ştatında ovçu ov zamanı vurduğu maralın hücumu nəticəsində ölüb.

“iHeartRadio” portalı yerli rəsmilərə istinadən məlumat yayıb. Hadisə Yelvill şəhəri yaxınlığında baş verib.
“Mən 20 ildir ki, ovçuluq və balıqçılıq üzrə ştat komissiyasında işləyirəm və bu, təcrübəmdə gördüyüm ən qəribə hadisələrdən biridir”, - deyə komissiyanın sözçüsü Keyt Stivens bildirib.
Stivensin dediyinə görə, 66 yaşlı Tomas Aleksandr ov tüfəngi ilə erkək bir maralı vurub. Ovçu heyvanın yanına yaxınlaşaraq onun ölüb-ölmədiyini yoxlamaq istədikdə, maral ona hücum edib və Aleksandr ciddi xəsarətlər alıb. Yaralı kişi yaxınlarına zəng vurmağı bacarıb və onlar da öz növbəsində xilasedicilərlə əlaqə saxlayıblar. Ancaq xəstəxanaya aparılarkən orada keçinib.
Ovçuluq və balıqçılıq komissiyasının rəyinə görə, T.Aleksandrın hücum nəticəsində aldığı yaralardan ölüb-ölmədiyi dəqiq bilinmir. Ştat komissiyasının tövsiyələrində bildirilir ki, “öldürülmüş” marallara yaxınlaşmazdan əvvəl ovçular onun təxminən 30 dəqiqə hərəkətsiz olduğundan əmin olmalıdırlar. Aleksandrın bu tövsiyələrə əməl edib-etmədiyi isə məlum deyil.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar