Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Pomidorun içərisindən çıxanlar təşviş yaratdı - VİDEO

Tarix: 19-10-2019 19:35     Baxış: 3167 A- / A+
Pomidorun içərisindən çıxanlar təşviş yaratdı - VİDEO

Abşeron sakini pomidoru kəsən zaman içərisindən naməlum cücərti çıxıb.

Manevr.az-ın məlumatına görə, ilk baxışdan qurda oxşasa da, pomidoru doğrayan şəxs bunun başqa bir şey olduğunu deyir.

Qeyd edək ki, görüntülər xəzər xəbər-in votsap nömrəsinə göndərilib. Videonu göndərən şəxs Xırdalan bazarından aldığı 5 kiloqram pomidorun hamısının bu vəziyyətdə olduğunu deyib.
Məsələyə münasibət bildirən qida eksperti İsa Əliyev deyib ki, pomidorun bu vəziyyətdə olmasının səbəbi ona həddən artıq hormon vurulmasıdır. Bu isə öz növbəsində ciddi təhlükədən xəbər verir.

Ekspert əlavə edib ki, bu proses çox vaxt özünü biruzə vermədən gedir. Yəni məhsulun daxili görünüşündə hər hansı fəsad nəzərə çarpmır. Sadəcə olaraq məhsulun dadında fərqli bir tam olur. İsa Əliyevin sözlərinə görə, vətəndaşlar belə məhsulları alarkən diqqətli olmalı və onu qəti surətdə yeməməlidirlər.

Ekspert həmçinin qeyd edib ki, pomidor və ya başqa tərəvəzlərin bir çoxuna ya hormon, ya da F1 hibriti vurulur. Bunların da hər biri müxtəlif fəsadların yaranmasına səbəb olur və birbaşa insan sağlamlığına mənfi təsir edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar