Xəbər lenti
Kürdəmirdə BƏDBƏXT HADİSƏ: Zəng etdilər ki, oğluna güllə dəyib - VİDEO

Kürdəmirin Sovla kənd sakini ehtiyatsızlıqdan öz həmyerlisini qətlə yetirib.
ARB TV xəbər verir ki, hadisə kənd sakinləri Anar Şirməmməd oğlu Xəlilov və Saleh Məmməd oğlu Tağıyev ovda olarkən baş verib.
Saleh Məmmədovun silahından açılan güllə Anar Xəlilova dəyib.
Şirməmməd Xəlilov – Anarın atası: “Mənə zəng elədilər ki, belə-belə. Güllə dəyib. Arxadan açılıb. Bilmirəm təsadüfən olub, necə olub, nə olubsa, axırı olub.
Hadisə yerinə gedən kənd sakinləri Anar Xəlilovun yaralı vəziyyətdə olduğunu görüblər. Onu ov sahəsindən çıxararaq xəstəxanaya çatdırmağa çalışıblar.
Məhəmməd Tağıyev – kənd sakini: “Uzanmışdı. Götürdük qoyduq maşına . Çıxdıq gəldik”.
Daha sonra təcili tibbi yardım stansiyasına daxil olan məlumat əsnasında əraziyə yollanan həkimlər xəstəyə yoldaykən yardım göstəriblər. Lakin yaralı çox qan itirdiyindən həkimlərin səyi nəticə verməyib.
Hadisəni törətməkdə şüphəli bilinən Saleh Tağıyev polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar