Xəbər lenti
Masazırda kütləvi dava olub - İki nəfər xəstəxanalıq olub

Abşeron rayonunda kütləvi dava olub, xəsarət alanlar var.
Manevr.az saytı xəbər verir ki, “Report”un məlumatına görə, hadisə Masazır qəsəbəsi, "Araz marketin" yaxınlığında yerləşən kafedə qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Əlvəndov Əhsən Cəfər oğlu və onun qardaşı Əlvəndov Füzuli Cəfər oğlu kafedə 6 nəfər tərəfindən döyülüb. Ə.Əlvəndov və F.Əlvəndov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı istintaq zamanı xəsarət alan F.Əlvəndov hüquq-mühafizə orqanı əməkdaşlarına bildirib ki, qardaşı kafedə oturarkən tanıdığı qadınla telefonla danışıb. Bu zaman kafedə olanlar ondan çölə çıxıb danışmağı tələb ediblər. Bundan hiddətlənən Ə.Əlvəndov mübahisə edib. Mübahisə zamanı dava düşüb. Qardaşının döyüldüyünü görən F.Əlvəndovda müdaxilə edib. Nəticədə o da döyülüb.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar