Sizin Reklam Burada
Xəbər lenti
27-01-2025
26-01-2025
BÜTÜN XƏBƏRLƏR

Fədayə Laçınla birlikdə həbs edilən polkovnik azadlığa çıxdı

Tarix: 16-10-2019 16:18     Baxış: 3205 A- / A+
Fədayə Laçınla birlikdə həbs edilən polkovnik azadlığa çıxdı

Dustaqların qaçmasına görə həbs edilən polkovnik azadlığa çıxıb.

Manevr.az musavat.com-a istinadən xəbər verir ki, səs-küylü işə görə həbs edilən Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev oktyabrın 5-də azadlığa buraxılıb.

2017-ci ildə həbs edilən polkovnik cəzasının 2/3 hissəsini çəkdiyi üçün azadlığa buraxılıb. Polkovnik 1 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Bəhruz Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi isə ötən ay polkovnikin cəzasını 3 ilə endirmişdi.

Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhkumlar - "Qoca" ləqəbli Etibar Məmmədov və Əli Ağami dustaqları daşıyan vaqondan qaçmışdılar.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) dustaqlara kömək etdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdu. Bəhruz Abdullayev və daha bir neçə nəfər də bu işə görə həbs edilmişdi.

Bildirək ki, keçirilən əməliyyatla Etibar Məmmədov polis əməkdaşları ilə girdiyi silahlı atışmada məhv edilmişdi. Əli Ağami isə saxlanılmışdı.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar