Xəbər lenti
Şirvan kanalında 76 yaşlı kişi batıb

76 yaşlı Məhəmməd Qurbanov Hacıqabul ərazisində Şirvan kanalında batıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına isdinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Hacıqabul rayonu, Ağacanlı kəndi ərazisindən keçən Şirvan kanalında (ən yaxınlıqdakı məntəqədən 9 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1940-cı il təvəllüdlü, Məhəmməd Cəlil oğlu Qurbanovun cəsədi batdığı yerdən 50 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 15:20-də başa çatıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























