Sizin Reklam Burada
Xəbər lenti
14-11-2026
13-11-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ata uşağına şillə vurdu, direktor polisə şikayət etdi

Tarix: 15-10-2019 18:40     Baxış: 3287 A- / A+
Azərbaycanda ata uşağına şillə vurdu, direktor polisə şikayət etdi

Paytaxtın Nizami rayonunda maraqlı hadisə baş verib. 328 nömrəli orta məktəbin direktoru Asif Nəbiyev 23-cü Polis Bölməsinə müraciət edib.

Manevr.az-ın xəbərinə görə bu barədə oxu.az-a Nizami Rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, direktor oktyabrın 14-də, saat 12:00-da uşağa qarşı zorakılığın şahidi olduğunu söyləyib. O, üçüncü sinif şagirdi R.Hümbətlinin atası Qorxmaz Hümbətli tərəfindən döyüldüyünü bildirib.

Polis araşdırma zamanı atanın dərslərindən geri qalan və oxumaq istəməyən uşağa qəzəblənərək, şillə vurduğunu müəyyən edib. Uşağın bədənində başqa hər hansı ciddi xəsarət tapılmayıb.

Qeyd edək ki, hadisənin iştirakçılarının yaşadığı yer Xətai rayonu ərazisi olduğundan materiallar oradakı polis idarəsinə təhvil verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar