Sizin Reklam Burada
Xəbər lenti
21-08-2025
20-08-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyanı 14 il qorxu içində saxlayan manyak tutuldu

Tarix: 15-10-2019 08:15     Baxış: 4213 A- / A+
Rusiyanı 14 il qorxu içində saxlayan manyak tutuldu


Rusiyada 2004-cü ildən 2018-ci ilə qədər azadlıqda qalan təcavüzkar nəhayət tutulub.

Seks manyakın tutulması barədə məlumat Rusiya İstintaq Komitəsinin (TFR) regional idarəsinin saytında bildirilib.

Cinayətkarın qurbanlarının sayı 20-dən çoxdur.

40 mindən çox neft sənayesi işçisinin yaşadığı Strejevoy şəhərində ədalətdən gizlənmək olduqca çətindir. Lakin təcavüzkarın gizlənə bilməsinin sirri çox sadə olub. Belə ki, cinayətkar 60 yaşlı Valentin B. 1979-cu ildən bəri şəhər cinayət istintaq idarəsində, daha sonra neft və qaz sənayesi ilə əlaqəli müxtəlif ticarət strukturlarının təhlükəsizlik xidmətlərində çalışıb.

Valentin hələ istintaq şöbəsində işləyərkən təcavüzə başlayıb. Ona peşəkar bacarıqları və gizli məlumatlara sahib olması hüquq-mühafizə orqanlarının işçilərindən gizlənməyə şərait yaradıb. Manyak “iş”ə özü ilə qara balaklava maskası və bıçaq götürərək gedirmiş.

Son cinayətində təcavüz etdiyi qadınlardan biri müqavimət göstərərək onun maskasını cırıb və daha sonra gördüyü üzü təsvir edib. Nəticədə cinayətkar yaxalanıb.

Hazırda o, ümumilikdə 4 təcavüz faktına görə ittiham olunsa da, təcavüzkarın 20-dən çox cinayətdə əli olduğu ehtimal olunur. Faktla bağlı araşdırma aparılır./oxu.az/

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar