Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda itkin düşən uşaqla bağlı şok məlumatlar

Tarix: 14-10-2019 20:56     Baxış: 4162 A- / A+
Bakıda itkin düşən uşaqla bağlı şok məlumatlar


Bakının Binəqədi rayonunda itkin düşən 11 yaşlı uşaqla bağlı Sputnik Azərbaycan yeni məlumatlar əldə edib.

Manevr.az bildirir ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi döngə 1-də yaşayan, 2008-ci il təvəllüdlü F.Hüseynovun anası Jalə Hüseynova Sputnik Azərbaycan-ın əməkdaşına bu barədə geniş açıqlama verib.

J.Hüseynova bildirib ki, həyat yoldaşı ilə rəsmi olaraq ayrılsa da, övladı 10 yaşına qədər onun yanında qalıb: "Həyat yoldaşım tüfeyli həyat tərzi keçirdiyindən uşağı ondan mümkün qədər uzaq tuturdum. Amma atası ilə görüşməsinə də mane ola bilmirdim.

Övladım atası ilə qaldıqca məndən uzaqlaşırdı. Hətta mənimlə qalmaq istəmirdi, atasının yanında qalırdı. Keçmiş həyat yoldaşım narkotik maddə aludəçisi olduğundan istəmirdim ki, övladım onun həyat tərzini görsün, pis vərdişlərə aludə olsun. Amma o, övladımı məndən necə uzaqlaşdırmışdısa, keçmiş həyat yoldaşım narkotik maddələrin alqı-satqısına görə həbs olunduqdan sonra da uşaq mənimlə qalmaqdan imtina etdi.

Gedib atasının dostunun evində qalırdı. Mən də gedib övladımı öz yanıma gətirdim. İsrar etdi ki, mənimlə qalmayacaq. Dedi atam yoxdu, məni internata qoy. Mən də övladımla sənədlərini toplamaq üçün Təhsil Nazirliyinə getmişdim. Əlimdən qaçıb getdi. Bu günə qədər nə qədər axtarsaq da, tapa bilmirik. Oğlumun tapılması üçün Binəqədi RPİ-nin 43-cü PB-nə ərizə ilə müraciət etmişəm. Onun narkotik maddələrin alqı-satqısı, istifadəsi ilə məşğul olan insanların təsiri altına düşəcəyindən narahatam. Mən övladımın atası kimi tüfeyli həyat tərzi keçirməməsi, normal tərbiyə alması üçün çalışıram. Amma uşağı necə yoldan çıxardıblarsa, ona psixoloji olaraq necə təsir ediblərsə, övladım mənim yanımda qalmaq istəmir".

J.Hüseynova uşağın atasının təsiri ilə Binəqədi qəsəbəsində 182 saylı məktəbdə təhsilini də yarımçıq saxladığını söyləyib.

Sputnik Azərbaycan-ın əməkdaşı hazırda F.Hüseynovun tapılması istiqamətində işlərin gedişatı ilə maraqlanıb. Binəqədi RPİ-nin 43-cü PB-nin iş üzrə məsul əməkdaşı Tural Əliyev F.Hüseynovun tapılması istiqamətində işlərin davam etdirildiyini bildirib:

"O uşaq bir neçə dəfə Binəqədi RPİ-nin 43-cü PB-də olub. Yaşı az olsa da, böyüklər kimi düşünür, böyük kimi danışır. Atası ilə anası ayrılandan sonra uşaq anası ilə yaşamaq istəmir. Tez-tez qaçıb atasının yanına gedirdi. Hazırda atası Kürdəxanıda saxlama təcridxanasındadır. Anası onu internata qoymaq üçün sənəd toplayırdı. O da yəqin ki, internatda yaşamamaq üçün qaçıb. Uşaq atasının dostunun evində deyil. Hazırda azyaşlının tapılması istiqamətində axtarış-əməliyyat tədbirləri aparılır".
Xatırladaq ki, F.Hüseynov oktyabrın 8-i səhər saat 10 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.milli.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar