Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Goranboyda qadını ata bağlayaraq döyən şəxs barədə qərar verildi

Tarix: 14-10-2019 19:09     Baxış: 4147 A- / A+
Goranboyda qadını ata bağlayaraq döyən şəxs barədə qərar verildi


Goranboyda qadını ata bağlayaraq döyən şəxs məsuliyyətə cəlb edilib.

Manevr.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib.

Onun sözlərinə görə, Goranboy rayonu Əlirzalı kəndində yaşayan Ələkbərova Sahilə Məhazir qızı Goranboy RPŞ-ə ərizə ilə müraciət edərək bildirib ki, həmkəndlisi tərəfindən döyülüb:

"Müraciətlə bağlı araşdırma başlanılıb. Məlum olub ki, S.Ələkbrova ilə həmkəndliləri - Dəmirov Ariz Knyaz oğlu, Dəmirova Filduz Əli qızı və Dəmirova Fəridə Knyaz qızı arasında şəxsi münaqişə baş verib.

Bu zaman onlar S.Ələkbərovanı vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetiriblər. Bununla bağlı cinayət məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb".

"Ariz Dəmirov cinayət məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunub. Lakin onun fiziki və psixiki səhhətinin yerində olmamasına görə o, polisin nəzarətinə verilib. Qeyd edim ki, S.Ələkbərovanın ata bağlanaraq sürüdülməsi faktı düzgün deyil", - deyə E.Qasımov qeyd edib.

Qeyd edək ki, bir neçə gün öncə Goranboyda qadın həmyerliləri tərəfindən ata bağlanaraq döyülüb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar