Xəbər lenti
Türkiyəyə raket atıldı, mərmi jurnalistlərin qaldığı otelə düşdü - ŞƏKİLLƏR

YPG terror təşkilatı tərəfindən Türkiyəyə daha bir raket atılıb.
Terrorçular tərəfindən atılan mərmi "Sülh bulağı" əməliyyatını izləmək üçün müvəqqəti olaraq Şanlıurfaya köçən jurnalistlərin qaldığı otelin qarşısına düşüb.
Xoşbəxtlikdən mərmi partlamayıb. Əks halda onlarla jurnalist həlak olacaqdı.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinə məxsus F16 hərbi təyyarələri çərşənbə günü Türkiyənin cənub sərhəddində yaradılmağa çalışan terrorçu dəhlizini məhv etmək məqsədi ilə əməliyyata başlayıb. Əməliyyatın başladığını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsi Tvitter hesabında status yazaraq elan edib. Türkiyə orudusuna aid qırıcılarla Aluk, Mustel, Esadiye, Fender və Huşan kəndlərindəki terrorçu "yuva"ları bombalanıb. Əməliyyat başlayandan bu günə qədər 300-ə yaxın terrorçu zərərsizləşdirilib.
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar