Xəbər lenti
Nəsiminin 650 illiyi münasibəti ilə poçt markaları buraxıldı

Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində II Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının bağlanış mərasimi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanmış “İmadəddin Nəsimi – 650” poçt markalarının nümayişi olub.
Manevr.az xəbər verir ki, “Azərmarka”nın direktoru Leyla Güləliyeva "Azərtac"a bildirib ki, buraxılış dahi şairin 650 illiyi münasibətilə 2 poçt markasından ibarət blok şəklində hazırlanıb. Blokun yuxarı hissəsindəki markada İmadəddin Nəsiminin silueti, aşağı hissədəki markada isə yazı lələyi təsvir edilib. Blokun ölçüsü 72x92 millimetr, markaların ölçüsü 51x36 millimetrdir. Dizayneri “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov olan markalar 10 min ədəd tirajla çap edilib. Həmçinin 400 ədəd birinci gün zərfləri də hazırlanıb.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar