Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda vəzifəli şəxsin öldürülməsinin SƏBƏBİ - QANLI DAVANIN TƏFƏRRÜATI

Tarix: 30-09-2019 09:26     Baxış: 3264 A- / A+
Bakıda vəzifəli şəxsin öldürülməsinin SƏBƏBİ - QANLI DAVANIN TƏFƏRRÜATI


Şənbə günü Bakı şəhəri Xətai rayonunda “Abşeron Zeytun” MMC-nin sahə rəisi, 1968-ci il təvəllüdlü Piriyev Bağır Bağman oğlunun döyülərək öldürülməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Manevr.az xəbər verir ki, hadisəni törədən şəxs artıq Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. O, bu gün məhkəmə qarşısına çıxarılacaq və istintaq müddəti üçün barəsində qətimkan tədbiri seçiləcək.

Hadisənin səbəbinə gəlincə, ilkin araşdırmalar zamanı məlum olub ki, B.Piriyev və qardaşı oğlu Zığ qəsəbəsi ətrafındakı zeytun bağlarına nəzarət edib və ərazidən yığılan zeytunu zavoda təhvil verirmiş. Onlar Zığ şosesində yerləşən Zeytun bağlarında tanımadıqları şəxslərin ağaclardan zeytun topladığını görərək müdaxilə ediblər və bu zaman dava-dalaş düşüb. B.Piriyev ağır kəllə-beyin travması alaraq 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. O, müayinə edilən zaman qəfil keçinib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar