Sizin Reklam Burada
Xəbər lenti
14-11-2026
13-11-2026
BÜTÜN XƏBƏRLƏR

İTV-də baş verən yanğında zəhərlənənlərdən XƏBƏR VAR

Tarix: 28-09-2019 09:54     Baxış: 4237 A- / A+
İTV-də baş verən yanğında zəhərlənənlərdən XƏBƏR VAR

İctimai Televiziya və Radio Yayımları Şirkətinin inzibati binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin hər ikisi evə buraxılıb.

Manevr.az xəbər verir ki, bu barədə trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, şöbəyə gətirilən hər iki şəxsdə ciddi zəhərlənmə aşkarlanmayıb: "Onlar tüstüdən sıxılıblar, zəhərlənməyə keçməyib. Hər iki şəxsə tibbi yardım göstərilib, vəziyyətləri normallaşdığından evə buraxılıblar".

Xatırladaq ki, sentyabrın 28-də gecə saatlarında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən "İctimai Televiziya və Radio Yayımları Şirkəti" nin inzibati binasında yanğın baş verib.

Yanğın zamanı 1974-cü il təvəllüdlü Qarayev Rövşən Yasin oğlu və 1979-cu il təvəllüdlü Quliyev Ramiz Tağı oğlu tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar