Xəbər lenti
11 polis azyaşlı voleybolçunu zorladı — Rusiyada dəhşət
Krasnodar vilayətinin Anapa şəhərində zorlanma hadisəsi baş verib.
"Ölkə.Az" xəbər verir ki, 17 yaşlı voleybolçu axşam saatlarında bir oğlan dostu ilə söhbət edərkən polis əməkdaşları onlara yaxınlaşıb. Uzun söhbətdən sonra onlar oğlanı buraxaraq, voleybolçu qızı bölməyə aparıblar.
İddiaya görə, bölməyə aparılan qıza qarşı 11 polis işçisi seksual xarakterli hərəkətlər ediblər. Onlardan ikisi isə onu cinsi əlaqəyə girməyə zorlayıblar
Hadisə Anapa şəhərindəki Vityazevo kəndində (Krasnodar diyarı) avqustun 26-sı gecə baş verib.
Hadisədən sonra 11 polis əməkdaşı müxtəlif intizam cəzalarına məruz qalıblar. Cinayətdə şübhəli bilinən 2 nəfər və patrul xidmətinin 4 əməkdaşı polis sıralarından qovulublar.
TASS agentliyi xəbər verir ki, bu barədə sentyabrın 23-ü Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
Bundan başqa, Anapa DİN rəisi və ictimai asayişin qorunması üzrə müavini də vəzifələrindən azad edliblər.
Cinayətdə təqsirli bilinən polislər həbs edilib. Onlara Rusiya Federasiyası Cinayət Məcəlləsinin 133-cü maddəsinin 2-ci hissəsi ("Yetkinlik yaşına çatmayana qarşı cinsi hərəkətlərə məcbur etmə") ilə cinayət işi açılıb.
Şübhəlilər idmançı ilə cinsi əlaqə faktını rədd edir.
Əgər polislərin əməlləri sübüta yetirilərsə, onları 5 ilə qədər həbs cəzası gözləyir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar