Xəbər lenti 
					
 
		Beş piyadanın üzərindən keçən azərbaycanlı azadlığa buraxıldı - VİDEO

Rusiyanın Kuybışevski rayon məhkəməsində 30 yaşlı Murad Qasımovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
2019-cu ilin fevral ayında Nevski prospektində iki nəfərin ölümü, üç piyadanın xəsarət almasına səbəb olan hadisə yenidən araşdırılır.
Qəzadan sonra günahkar azadlıqdan məhrum edilsə də, istintaqın uzanması nəticəsində həbs müddəti başa çatıb və avqustun sonunda məhkəmə onu müəyyən məhdudiyyətlərlə şərti azad etmək məcburiyyətində qalıb.
Zərərçəkənlər buna etiraz edərək işə daha diqqətli baxılmasını tələb edib. Hazırda istintaq bütün maddi dəlillərin detallı araşdırılması məqsədilə davam etdirilir. Hadisə zamanı zərərçəkmiş beş piyadadan dördü iddia ərizəsi ilə çıxış edir.
Ölmüş piyadalardan birinin vəkilinin sözlərinə görə, həlledici məhkəmənin tarixi 4 oktyabra çəkilib.
Xatırladaq ki, M.Qasımov aprelin 24-də Sankt-Peterburqun Nevsk prospektində səki ilə hərəkət edən beş piyadanı vurub. Onlardan ikisi hadisə yerində keçinib, üç nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisədən sonra saxlanılan M.Qasımov sərxoş vəziyyətdə olduğunu etiraf edib. Aparılan araşdırmalar zamanı məlum olub ki, o, 2018-ci ilin noyabrında dəfələrlə yol hərəkəti qaydalarını pozduğu üçün sürücülük hüququndan bir il yarım müddətinə məhrum edilib./oxu.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















