Xəbər lenti
Goranboyda ata xəstə oğlu üçün məktəbli qızı qaçırdı, amma...
Ata 17 yaşı bitməmiş qızla evlənəcəyi təqdirdə oğlunun sağalacağını düşünüb
Goranboyda fiziki qüsurlu oğlu üçün yetkinlik yaşına çatmayan qızı qaçıran ata tutulub. İstiPress-in Şimal bürsounun məlumatına görə, rayonun Hazırəhmədli kənd sakini İlqar Mehdiyev öz qaynı və dostu ilə birgə əvvəldən planlaşdıraraq 17 yaşı tamam olmayan qızı naməlum istiqamətə qaçırıb. 17 yaşı hadisədən bir neçə gün sonra - sentyabrın 19-da tamam olan yeniyetmə İlqar Bayramovun idarə etdiyi avtomobillə qaçırılıb.
İ. Mehdiyev yeniyetmə qızı qaçırmaqda məqsədi onu fiziki və əqli qüsurlu, birinci qrup əlil olan oğlu Mehdi ilə evləndirmək olub. Ata hesab edib ki, oğlu evlənərsə sağala bilər.
Goranboy rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırılan yeniyetmə Gəncə şəhəri ərazisində tapılaraq ailəsinə təhvil verilib. Məlumata görə, yeniyetmə 11-ci sinif şagirdidir.
Qız qaçırma və oğurlama əməliyyatının əsas təşkilatçısı və icraçısı, 40 yaşlı İlqar Astan oğlu Mehdiyev və ona bu işdə kömək etmiş qaynı, həmyaşıdı İlqar Ələmşah oğlu Bayramov, dostu 30 yaşlı Asəf Nüsrət oğlu Kərimov da tutularaq istintaqa cəlb ediliblər. Hər üç şəxs barəsində Goranboy rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Onların hamısı Hazırəhmədli kənd sakinləridir.
Yeniyetmənin oğurlanıb qaçırılma faktına görə CM-nin 144-cü-adam oğurluğu maddəsilə cinayət işi açılıb. İstintağın gedişində digər maddələr də tövsif oluna bilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar