Sizin Reklam Burada
Xəbər lenti
14-11-2026
13-11-2026
BÜTÜN XƏBƏRLƏR

İTV-nin sabiq əməkdaşı faciəvi şəkildə öldü

Tarix: 21-09-2019 10:58     Baxış: 3271 A- / A+
İTV-nin sabiq əməkdaşı faciəvi şəkildə öldü


Sentyabrın 19-da Bakı-Quba yolunda baş verən dəhşətli yol qəzasında ölənlərdən biri – Fuad Musazadə İctimai Televiziyanın sabiq əməkdaşı olub.

Manevr.az-ın xəbərinə görə, bu barədə modern.az saytına mərhumun keçmiş iş yoldaşları məlumat veriblər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 19-da saat 15 radələrində Sumqayıt şəhərinin Yeni Yaşma qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Anar Nəsir oğlu Rzayev idarə etdiyi "Hyundai” və Fuad Şahin oğlu Musazadənin idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub.

Hadisə nəticədəsində iki nəfər ölüb. Bunlar "Mercedes”in sükanı arxasında olan 1988-ci il təvəllüdlü Fuad Musazadə və A.Rzayevin sərnişini, 1986-cı il təvəllüdlü Kamran Atayev olub. "Hyundai”ın sürücüsü Anar Rzayev isə ağır xəsarət alıb.

Qeyd edək ki, qəzaya düşən "Hyundai” markalı avtomobil "Atəşgah Sığorta"ya məxsus olub.

Dəhşətli qəza nəticəsində avtomobillərin toqquşmasından sonra "Mercedes" yoldan çıxaraq aşıb və alışaraq yanıb. Nəticədə "Mercedes"in sükanı arxasında olan Fuad Musazadə maşından çıxa bilməyib və diri-diri yanaraq ölüb.

Keçirilən ilkin avtotexniki ekspertizanın rəyinə əsasən, hadisəyə Fuad Musazadənin "Mercedes" markalı avtomobili yüksək sürətlə idarə etməsi zamanı maşının təkərinin partlaması səbəb olub.

Hadisəylə bağlı təhqiqat davam edir.

Məlumata görə, Fuad Musazadə Azərbaycan Dillər Universitetini bitirib. O, 2010-cu ildən İctimai Televiziyada çalışıb. Hadisəyədək isə son iş yeri tanınmış şoumen-prodüser. Xalq artisti Murad Dadaşovun rəhbəri olduğu "M Group Production” şirkəti olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar