Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Lənkəranda canlılar kütləvi şəkildə qırılır - Qəribə xəstəlik

Tarix: 19-09-2019 10:55     Baxış: 3148 A- / A+
Lənkəranda canlılar kütləvi şəkildə qırılır - Qəribə xəstəlik


Lənkəranda fərdi təsərrüfatda xırdabuynuzlu heyvanlar tələf olur.

Manevr.az APA-ya istinadən xəbər verir ki, rayonunun Digah kəndində fərdi təsərrüfatlardan birində xırdabuynuzlu heyvanlar xəstəliyə yoluxandan sonra dırnaqları uzanır, soyulur və çürüyür.
Daha sonra heyvanlar bir neçə gün oturaq vəziyyətdə qaldıqdan sonra tələf olurlar. Təsərrüfat sahibi İxtiyar Qasımov deyir ki, 4 il ərzində yayılan xəstəlik nəticəsində 150-yə qədər qoyunundan cəmi 23-ü qalıb. Baytarlar müəyyən tədbirlər görsələr də, heç bir təsiri yoxdur. Xırdabuynuzlu heyvanların kütləvi şəkildə tələf olması təsərrüfatçıları çox narahat edir. Yoluxucu xəstəliklərin insanlara və ya təsərrüfatda saxlanılan digər cins heyvanlara keçməsindən ehtiyat edirlər.

Lənkəran Rayon Baytarlıq İdarəsindən problemlə bağlı yeni xəbər tutduqlarını bildiriblər. Xəstəliyin elmi adının nə olduğunu soruşduqda isə rayonun baş baytarı Əzizağa İsgəndərov bildirdi ki, ilk olaraq götürülən nümunələr laboratoriyada sınaqdan keçirilməlidir. Amma orada infeksiyadan söhbət gedə bilməz. Dırnaq çürüməsi mikrobakterioz xəstəliyindən ola bilər. Bu xəstəliyə uyğun peyvənd isə baytarlıq idarəsinə verilmir. Lənkəran rayonunda havaların yağmurlu və rütubətli keçməsi ilə əlaqədar olaraq həmin xırdabuynuzlu heyvanlarda dırnaq xəstəliyinə təsadüf edilir. Dırnağı yara olmuş, zədələnmiş heyvan ayaqları üstə dura bilmir, qida məhsullarını qəbul etməkdə çətinlik çəkir və nəticədə tələf ola bilir. Bu heyvanlar baytarlıq idarəsinin nəzarətindədir, yaxın günlərdə xəstəlik ləğv ediləcək.

İdarə rəisi həmçinin əlavə etdi ki, heyvanlar vaxtlı-vaxtında peyvənd edilir və rayonda epizootik vəziyyət sabitdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar