Xəbər lenti
Arvadından ayrıldı, özünü bıçaqladı - BAKIDA

Bakının Sabunçu rayonunda 40 yaşlı kişi intihara cəhd edib.
Manevr.az xəbər verir ki, hadisə 1-ci Zabrat qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1976-ci il təvəllüdlü Rafiq Budaqov yaşadığı evdə qarın nahiyyəsinə iki bıçaq zərbəsi vurub. O, bıçaq xəsarəti ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
İlkin məlumata görə, Rafiq Budaqov özünə bıçaqla xəsarət yetirən zaman sərxoş olub.
Bildirilir ki, bir neçə gün əvvəl Rafiq Budaqov həyat yoldaşından ayrılıb. Arvadının ondan ayrılmasına əsəbiləşən 40 yaşlı kişi intihar etmək istəyib.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar