Xəbər lenti
Tərtərin cəbhə kəndində üçəm doğuldu

Tərtər rayonunun cəbhə kəndində yaşayan gənc ananın 3 övladı dünyaya gəlib.
Manevr.az xəbər verir ki, rayonun təmas xəttinə yaxın yerləşən Qapanlı kəndində yaşayan Vasif Allahverdiyevin ailəsində dünyaya gəlmiş körpələrin hər üçü oğlandır. Onlar Bakı şəhərində yerləşən xəstəxanalarının birinin doğum şöbəsində bir neçə dəqiqə fasilə ilə doğulub.
Normal çəkidə doğulan uşaqların səhhətində heç bir problem yoxdur. Üçəmlərin və onların anası, 1994-ci il təvəllüdlü Gülər Allahverdiyevanın vəziyyəti qənaətbəxşdir. Onlar hazırda xəstəxanada həkim nəzarəti altında saxlanılır.
Qeyd edək ki, üçəmdən əvvəl gənc ailənin bir oğlan övladı da var.qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































