Sizin Reklam Burada
Xəbər lenti
21-10-2026
20-10-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda sabiq məhkəmə sədrini güllələyib öldürdülər - YENİ FAKTLAR ÜZƏ ÇIXDI

Tarix: 13-09-2019 10:57     Baxış: 4293 A- / A+
Azərbaycanda sabiq məhkəmə sədrini güllələyib öldürdülər - YENİ FAKTLAR ÜZƏ ÇIXDI


Bu gün Tovuz rayonunda vəkillik fəaliyyəti ilə məşğul olan şəxsin güllələnməsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Hadisə Firudin Ələkbərlinin Tovuz şəhərinin mərkəzində Keçid deyilən əraziyə yaxın yerləşən ofisinin qarşısında baş verib.

Belə ki, naməlum şəxs F.Ələkbərliyə yaxınlaşaraq odlu silahla atəş açıb. Qarın nahiyəsindən ağır xəsarət alan F.Ələkbərli Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, F.Ələkbərlini tanışı Əli Şəmiyev güllələyib və o, artıq tutulub.

O da məlum olub ki, F.Ələkbərli Vəkillər Kollegiyasının üzvü deyil və Tovuzda məhkəmə proseslərinə nümayəndə kimi çıxırmış. O, illər əvvəl Tovuz rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb və 1995-ci ilin may ayında vəzifədən azad edilərək hakimlik səlahiyyətinə vaxtından əvvəl xitam verilib./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar