Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

İbtidai insanların mükəmməl alətləri tapıldı - İsraildə

Tarix: 13-09-2019 08:21     Baxış: 3169 A- / A+
İbtidai insanların mükəmməl alətləri tapıldı - İsraildə

İsrailin Tel-Əviv Universitetinin alimləri müəyyən ediblər ki, 400 min il əvvəl –erkən paleolit dövründə Aşel mədəniyyətinə aid Levanta ərazisində yaşamış ibtidai insanlar həmin dövrdə olduğundan daha mükəmməl əmək alətlərindən istifadə ediblər.

Manevr.az-ın Azərtac-a istinadən məlumatına görə, alimlər sübut ediblər ki, Aşel insanları daha mükəmməl əmək alətləri hazırlaya biliblər. Onlar böyük alətləri də cilalamağı bacarıblar. Belə ki, arxeoloqlar Revadim kənd təsərrüfatı kommunasında kiçik erkən paleolit dövrünə aid çaxmaq daşı və kiçik hissəciklər aşkar ediblər. Bu ərazidə əvvəllər də müxtəlif artefaktlar, o cümlədən baltalar, heyvan cəsədlərinin qalıqları tapılıb.

Tədqiqatçılar çaxmaq daşından düzəldilmiş 228 məmulatı analiz edərək belə qənaətə gəliblər ki, onların yaşı 300-500 min il arasındadır. O da məlum olub ki, bu alətlərin hamısı konkret məqsədlər üçün, məsələn, ətin doğranması, heyvan dərisinin soyulması və s. istifadə olunub. Hətta heyvanların iç orqanlarını çıxarmaq üçün də məxsusi alətlər düzəldilib. Professor Ran Barkay bildirib ki, Aşel mədəniyyəti dövründə bu ərazidə yaşamış ibtidai insanlar heyvan ovunda da xüsusi alətlərdən istifadə ediblər. Onlar hətta filləri ovlayaraq cəsədin soyulub parçalanması prosesində daha iti və böyük alətlərdən istifadə ediblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar