Sizin Reklam Burada
Xəbər lenti
21-08-2025
20-08-2025
BÜTÜN XƏBƏRLƏR

Polis məscidin divarından Mübariz İbrahimovun şəklini sökdürdü - Video

Tarix: 09-09-2019 14:45     Baxış: 4257 A- / A+
Polis məscidin divarından Mübariz İbrahimovun şəklini sökdürdü - Video

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən “Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan və divara vurulan plakatları sökməyi əmr edib.

Manevr.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a Kərbəla faciəsi ilə bağlı əzadarlığa toplaşan dindarlar məlumat verib.

“Biz qərara gəldik ki, şəhidlərimizin də plakatlarını divara vuraq. Onlar da şəhidlik kimi uca zirvəyə yüksəliblər. Kərbəla faciəsinə görə təşkil olunan əzadarlıq məclislərində bütün şəhidlər anılır. Bu il bunu əyani şəkildə nümayiş etdirmək istədik.

Həm də fikirləşdik ki, bir nümunə olsun. Əzadarlığa gələn insanlar şəhidlərimizin fotolarını görüb onları da yad etsinlər. Lakin bu gün polislər gəlib əmr etdilər ki, plakatları sökün”,- deyə dindarlar bildirib.

Onların sözlərinə görə, polis bu addımı heç nə ilə əsaslandırmayıb: “Dedilər ki, göstəriş “yuxarıdandır”, vəssalam. Bizə vaxt verib getdilər. Biz də məcbur olub sökməyə başlamışıq. İstəmirik ki, qarşıdurma olsun”.

Artıq Milli Qəhrəman Mübariz İbrahimov və Fərid Əhmədovun fotroları olan plakatlar sökülüb.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar