Xəbər lenti
İstanbulda şiddətli partlayış oldu - 20 polis yaralı - FOTO - VİDEO

İstanbuldakı Maçka parkında bu axşam şiddətli bir partlayış olub. Partlamadan sonra hadisə yerinə çox sayda xilasetmə və təcili yardım sövq edilib.
Türkiyə mediasının xəbərinə görə, daxili işlər naziri Süleyman Soylu partlayışda 20-yə yaxın yaralı olduğunu söyləyib. Nazir ölənlər barəsində məlumat gəlmədiyini bildirib və əlavə edib ki, yaralıların hamısı polisdir.
Dolmabahçedə baş verən partlayışdan sonra silah səsləri də eşidilib.
"Beşiktaş"-"Bursaspor" matçının sona çatmasından sonra tərəfdarların dağıldığı saatlarda meydana gələn partlayışın bomba yüklü bir avtomobillə reallaşdırılmış ola biləcəyi bildirilir.
Hücumun stadionun təhlükəsizliyini təmin edən çevik polis qüvvələrinə qarşı yönəldiyi qeyd olunur.
Hadisə ilə bağlı xbərlər verən media qurumları üçün yayın yasağı tətbiq olunub.
Hələlik partlayışda ölənlərin olub-olmadığı barədə xəbər yoxdur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar